Keşiş olmadı, marşal oldu, Stalinə sonadək sadiq qaldı – Jukovun qudası Vasilevskinin həyatı

Cəmiyyət 29 Aprel 2019 | 15:20
OXUNUB: 3023
Bəzi hərbi araşdırmaçıların qənaətinə görə, SSRİ-nin Almaniya üzərində qələbəsində onun xidmətləri marşal Jukovdan da çox olub. Marşal Vasilevski müharibə illərində başçılıq etdiyi hərbi əməliyyatlarda və həm də geniş miqyaslı əməliyyatların keçirilməsi zamanı ayrı-ayrı orduların əlaqələndirilməsində elə bir peşəkarlıq nümayiş etdirib ki, hətta İosif Stalin təəccübünü gizlədə bilməyib. Və bir tarixi fakt da var ki, müharibənin ən ağır vaxtlarında Dövlət Müdafiə Komitəsində keçirilən əməliyyat müşavirələrinin sonunda Stalin ümidli baxışlarla ona müraciət edib: "İndi isə gəlin Aleksandr Mixayloviçin mülahizələrini dinləyək...”

Məlum olduğu kimi, SSRİ-yə rəhbərlik etdiyi 30 ilə yaxın bir müddətdə İosif Stalinin yüksəkçinli hərbçilərlə, general və marşallarla münasibəti çox da "rahat” olmayıb, arada həmişə açıq və ya gizli şəkildə gərginlik hökm sürüb. Marşal Vasilevski nadir hərbçilərədən biri olub ki, Stalin ona çox həssasıqla və böyük hörmətlə yanaşıb.

Aleksandr Vasilevski 1895-ci ildə Kostromada anadan olub. Uşaqlıqdan aqronom olmaq, kənd təsərrüfatı sahəsində işləmək arzusunda olsa da, valideynləri onun bu arzusuna qarşı çıxıb və onu ruhani məktəbinə qoyublar. Həmin məktəbi bitirdikdən sonra o, Kostroma ruhanilər seminariyasına qəbul olub. I dünya müharibəsi başlananda Vasilevski təhsilini yarımcıq qoyaraq ordu sıralarına yollanıb. Alekseyevski hərbi məktəbində 4 aylıq kurs keçdikdən sonra gələcəyin marşalı həyatını hərb sahəsinə bağlayıb.

Hərbi hissələrdə kiçik vəzifələr daşıyan Vasilevski baş qərargah yanında fəaliyyət göstərən hərbi akademiyada ali hərbi təhsil alıb. 1933-1936-cı illərdə partiya sıralarında "təmizlik tədbirləri” keçiriləndə Vasilevski etimadı doğruldan, inanılmış hərbi kadr kimi yenilənən partiya sıralarına qəbul edilib.

Artıq 1930-cu illərin sonunda Vasilevski SSRİ Silahlı Qüvvələrinin baş qərargahında əməliyyat idarəsinin rəis müavini, daha sonra rəisi kimi yüksək hərbi vəzifələrdə xidmət edib.

Almaniya-SSRİ müharibəsi başlananda general-mayor rütbəsində olan Vasilevski baş qərargah rəisinin müavini vəzifəsinə təyinat alıb. 1942-ci ildən 1945-ci ilə qədər isə Vasilevski baş qərargah rəisi olub.

1941-ci ilin oktyabr ayında general-leytenant rütbəsi alan Vasilevski altı aydan sonra general-polkovnik rütbəsini daşıyıb, səkkiz aydan sonra isə ona ordu generalı rütbəsini veriblər. Ən maraqlı fakt isə ondan ibarətdir ki, ordu generalı Vasilevski cəmisi 29 gündən marşal rütbəsinə sahib olub. SSRİ-nin hərb tarixində bu ilk və sonuncu faktdır.

Müharibənin başlandığı gündən sonuncu gününə qədər Vasilevski bütün xidmətini cəbhə bölgələrində keçib. Ukrayna, Belarusiya, Baltikayanı, Uzaq Şərq cəbhələrində ən uğurlu əməliyyatlara imza atan Vasilevski 1944-cü ildə Ukraynanın sağ sahillərinin işğaldan azad olunmasındakı xidmətlərinə görə "Qələbə” ordeni ilə təltif olunub. Vasilevski Jukovdan sonra bu ordenlə təltif olunan ikinci şəxs olub, Stalin isə - üçüncü. Qeyd edək ki, "Qələbə” ordeni SSRİ-nin ən yüksək hərbi mükafatı sayılıb. Bu ordenlə cəmisi 17 nəfər təltif olunub. Stalin, Jukov, Vasilevski bu yüksək təltifə iki dəfə layiq görülüb. 17 nəfərdən biri olan Leonid İliç Brejnevdən (ölümündən sonra) 1989-cu ildə Qorbaçovun təşəbbüsü ilə "Qələbə” ordeni geri alınıb. 


Marşal Vasilevski müharibədən sonra 1949-cu iə qədər baş qərargah rəisi vəzifəsində xidmətini davam etdirib. Daha sonra Stalin onu SSRİ Silahlı Qüvvələr naziri, SSRİ hərbi naziri vəzifələrinə təyin edib.

Nikita Xruşovun hakimiyyətə gəlişi Vasilevskinin hərbi karyerasında əngəllər törədib. Xruşov Vasilevskiyə təklif edib ki, mətbuatda Stalinlə bağlı çıxış etsin və bildirsin, Stalinin hərblə bağlı heç bir anlayışı olmayıb, hətta o, əməliyyat müşavirələri zamanı hərbi xəritədən istifadə edə bilməyib, əməliyyat şəraitini kabinetindəki qlobusdan "seyr” edib. Marşal Vasilevski Xruşovun bu təklifini kəskin və sərt qarşılayaraq imtina edib. Bununla da marşal öz vəzifəsindən (həmin dövrdə müdafiə nazirinin birinci müavini) istefa verməli olub və nazirlikdə generalların təftiş qrupunun rəhbəri təyin olunub. 1977-ci ildə marşal Vasilevski bütün vəzifələrindən azad olunaraq istefaya göndərilib.


Vasilevskinin şəxsi həyatı ilə bağlı da maraqlı faktlar az deyil. Marşalın atası din xadimi olub. Vasilevski zabir rütbəsi aldıqdan sonra atası ilə bütün əlaqələrini kəsib. Mövcud dövrün yazılmış və yazılmamış qanunlarına görə, din xadimlərinin övladlarının rütbə daşıması məqsədəuyğun sayılmayıb. 1939-cu ildə Vasilevski yazdığı tərcümeyi-halda bu haqda heç nəyi gizlətməyib. Stalin həmin tərcümeyi-halı oxuduqdan sonra onu yanına çağırıb və gedib atası ilə görüşməyi əmr formasında tövsiyə edib, bu görüşün onun hərbi karyerasına heç bir ziyan vurmayacağını söyləyib.


Vasilevski iki dəfə ailə həyatı qurub. Birinci ailədən olan oğlu, aviasiya general-leytanatı Yuri marşal Jukovun qızı ilə evlənib.
Marşalın ikinci nikahdan da bir oğlu olub. Tanınmış arxitektor olan İqor isə müharibə illərində qara metallurgiya naziri vəzifəsində işləmiş Tevosyanın qızı ilə ailə həyatı qurub.

Ömrünün son illərində infarkt keçirən Vasilevcki 5 dekabr 1977-ci ildə, 82 yaşında vəfat edib. Marşal Aleksandr Vasilevskinin yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.(musavat.com)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man