Deputat məmurlara səsləndi: Nümunə götürün, xalqa xidməti şərəf bilin

Cəmiyyət 27 Aprel 2019 | 12:52
OXUNUB: 4190
Mən çox arzulayıram ki, bütün məmurlar ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sərgilədiyi münasibəti nümunə kimi götürsünlər, xalqa xidməti özləri üçün böyük şərəf bilsinlər.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O, ötən gün Birinci vitse-prezidentin İçərişəhərdə sakinlərlə görüşünü nümunə göstərib və belə halların xalqla dövlət arasındakı münasibətləri daha da gücləndirdiyini bildirib: "Bildiyiniz kimi İçərişəhərlə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilirdi. Ona görə də ölkənin Birinci vitse-prezidenti bu fikirlərə biganə olmadığını göstərdi və orada gedən prosesləri öz gözü ilə izlədi. Həmçinin, orada olan soydaşlarımızla da görüşdü. Görüşdə o bir daha özünün yüksək mədəniyyətini, xalqımıza qayğıkeşliyini nümayiş etdirdi. İstər ölkə Prezidenti cənab İlham Əliyev, istərsə də Birinci vitse-prezident xanım Mehriban Əliyeva bütün ruhları, varlıqları, həyat tərzləri və davranışları ilə Azərbaycan xalqının yanında olduqlarını dəfələrlə nümayış etdiriblər və etdirirlər. Bu da həmin nümunələrdən biri idi. Belə hallar xalqımızla dövlətimiz arasındakı münasibətləri daha da gücləndirir.

F. Ağamalı əlavə edib: "Mən çox arzu edirəm ki, bütün məmurlar ölkə Prezidenti və Birinci vitse- prezidentin sərgilədiyi münasibəti nümunə kimi götürsünlər, xalqa xidməti özləri üçün böyük şərəf bilsinlər. Ölkə Prezidenti və birinci xanımın digər sahələrdə olduğu kimi bu mövqedə də nümayiş etdirdikləri yüksək insani keyfiyyətləri, xalqla birlikdəliklərini onlar da öz həyat fəaliyyətlərində əsas götürsünlər”.Yeniavaz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man