Azərbaycanda Bağça müdirinin ölümünə səbəb quşlar imiş - TƏFƏRRÜAT

Cəmiyyət 26 Aprel 2019 | 11:18
OXUNUB: 3599
Ağcabədidə bağça müdirinin ölümü ilə bağlı cinayət işi başlanıb.

Sfera.az ona-ya istinadən xəbər verir ki, Ağcabədi rayonu, Kəbirli kənd sakini, 1968-ci il təvəllüdlü Sevil Saleh qızı Məmmədovanın yaşadığı evin hamamında dəm qazından boğularaq ölməsi faktı ilə bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, hamam otağında quraşdırılmış qazla işləyən su qızdırıcısının tüstü borusunda quşlar yuva qurub, bunun nəticəsində dəm qazı içəri sızıb.

Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, dəm qazından boğularaq ölən S.Məmmədova Kəbirli kənd uşaq bağçasının müdiri olub.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man