“NIKOIL Bank” 2019-cu ilə 3 mln. manatlıq xalis mənfəətlə başladı

Cəmiyyət 17 Aprel 2019 | 20:32
OXUNUB: 2605
"NIKOIL Bank” ASC 2019-cu ilin ilk rübündə 3,03 mln. manatlıq xalis mənfəət açıqlayıb.

Sfera.az xəbər verir ki, bu barədə Bankın 2019-cu ilin ilk rübünə olan maliyyə hesabatında deyilir.

2019-cu ilin yanvar-mart ayları ərzində "NIKOIL Bank”ın cəmi faiz gəlirləri 17,99 mln. manat, cəmi faiz gəliri isə 3,92 manat təşkil edib ki, bu da bankın 14,47 mln. manatlıq xalis faiz gəliri əldə etməsi deməkdir.

Bankın qeyri-faiz gəlirləri 1,23 mln. manat, qeyri-faiz xərci isə 6,58 mln. manat təşkil edib. Bununla da kommersiya bankının əməliyyat mənfəəti 9,13 mln. manata çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,2 faiz bu il daha çox artımın olması deməkdir.

Buna baxmayaraq bank bu il də 6 mln. manatdan çox aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına
ayırmalar edib və nəticədə xalis mənfəəti yuxarıda qeyd olunduğu kimi 3,03 mln. manat təşkil edib. Bu xalis mənfəətdən sonra bankın balansındakı illərin yığılmış zərəri azalaraq 285,44 mln. manata yuvarlanıb.

Bank ard-arda baş vermiş milli valyutanın devalvasiyasından sonra sonuncu dəfə 2017-ci ilin ilk və ikinci rüblərində xalis mənfəət açıqlamışdı.

Ötən ilin yanvar-mart aylarına açıqladığı hesabatda isə əsasən problemli kreditlərin silinməsi hesabına 308 mln. manatlıq zərər etmişdi.

Xatırladaq ki, "NIKOIL Bank” ASC-nin nizamnamə kapitalı 245 mln. manat olmaqla səhmlərinə 93,86% – "Topaz Investments” Şirkəti, 6,00% – fiziki şəxs və 0,14% – "ISR Holdinq” sahibdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man