Açıqlanan son məlumatlara görə, dünyanın 120 ölkəsində ümumilikdə 37 241 "McDonalds" restoranı fəaliyyət göstərir.Dünyadakı hər 5 "McDonalds" restoranından biri Avropada yerləşir. Aralarında Azərbaycanın da olduğu 39 Avropa ölkəsində 8 345 "McDonalds" restoranı fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, Azərbaycanda ilk "McDonalds" restoranı 1999-cu ildə paytaxt açılıb. Aralarında İran, Şimali Koreya, Yəmən, Zimbabvenin də olduğu bir-neçə ölkədə "McDonalds" restoranları fəaliyyət göstərmir. Qonşu Ermənistanda isə ilk "McDonalds" restoranı yalnız 2017-ci ildə açılıb.
Onu da bildirək ki, "McDonalds" restoranı ilk dəfə 1949-cu ildə ABŞ-ın Kaliforniya ştatında fəaliyyətə başlayıb. Hazırda bütün dünyada "McDonalds" restoranları gün ərzində 68 milyon müştəriyə xidmət göstərir. Bir saniyə ərzində "McDonalds" restoranlarında orta hesabla 75 hamburqer satılır.
Avropa ölkələrində fəaliyyət göstərən "McDonalds" restoranlarının sayı belə olub:
1. Almaniya - 1480
2. Fransa - 1442
3. Böyük Britaniya - 1285
4. Rusiya - 645
5. İtaliya - 556
6. İspaniya - 509
7. Polşa - 509
8. Türkiyə - 260
9. Hollandiya - 246
10. İsveç - 214
11. Avstriya - 193
12. İsveçrə - 166
13. Portuqaliya - 166
14. Çexiya - 96
15. İrlandiya - 91
16. Danimarka - 88
17. Macarıstan - 88
18. Ukrayna - 83
19. Belçika - 80
20. Rumıniya - 72
21. Norveç - 72
22. Finlandiya - 65
23. Bolqarıstan - 41
24. Slovakiya - 30
25. Xorvatiya - 29
26. Serbiya - 26
27. Yunanıstan - 24
28. Sloveniya - 20
29. Litva - 13
30. Belarus - 13
31. Gürcüstan - 13
32. Latviya - 12
33. Azərbaycan - 12
34. Lüksemburq - 10
35. Estoniya - 10
36. Malta - 9
37. Moldova - 4
38. Bosniya - 3
39. Ermənistan - 1