Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Cəmiyyət 28 Mart 2019 | 20:58
OXUNUB: 3237
Sabah Binəqədi və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İstehsalat Birliyindən Sfera.az-a verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Binəqədi rayonu, Bağ Park küçəsində və Nizami rayonu, Ə.Kürçaylı küçəsi 5 ünvanında yeni çəkilmiş diametrləri 315 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, Ə.Kürçaylı və Şərifli küçələrinin kəsişməsində avtomobil yolunun yenidənqurulması ilə bağlı tikinti sahəsinə düşən diametri 273 mm-lik orta təzyiqli yeraltı qaz xəttinin əsaslı təmiri ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, həmçinin Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, eləcə də Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man