Çeçen xalqına mənsub Mansur Starıy ləqəbli şəxs canlı yayımda azərbaycanlılardan dediyi sözlərə görə üzr istəyib.
Azərbaycanlılarla çeçenlər arasında heç vaxt münaqişə baş vermədiyini bildirən Mansur Starıy baş verən hadisələri ermənilərin təxribatı adlandırıb.
O qeyd edib ki, bütün Azərbaycan xalqından dərindən üzr istəyir:
"Öz adından və çeçen xalqının adından bütün Azərbaycan xalqından üzr istəyirəm. Ermənilərə demək istəyirəm ki, mənim nifrətim yalnız özgə torpağını işğal edən və soyqırımı törədənlərədir. Bütün azərbaycanlılara salam olsun”.
Qeyd edək ki, çeçen xalqına mənsub Əlixanın senzuradan kənar cəzalandırılmasından sonra Mansur Starıy özünü çeçenlərin lideri adlandıraraq sosial şəbəkədə bütün azərbaycanlıları qətlə yetirməyə çağırış etmişdi. Məhz onun çağırışından sonra 50-100 nəfərlik qrup Moskvanın cənub-şərq hissəsində yerləşən azərbaycanlı Yaşar Əliyevə məxsus kafeyə silahlı basqın etmiş, 52 yaşlı azərbaycanlı taksi sürücüsü Qərib Orucovu qətlə yetimişdilər.Teleqraf