Bir qədər əvvəl Bakının Heydər Əliyev prospektinin Atletlər kəndinin qarşısından keçən hissəsində (şəhər istiqamətində) yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, hazırda qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var. Bu isə öz növbəsində həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man