Deputat: “Əli Kərimlinin vətəndaşla danışmaq, suallara cavab vermək qabiliyyəti yoxdur”

Cəmiyyət 01 Mart 2019 | 13:49
OXUNUB: 3604
"Bu günlərdə sosial şəbəkədə çox maraqlı və maraqlı olduğu qədər də düşündürücü bir videogörüntü yayıldı. Fevralın 26-da bir vətəndaş öz dəstəsi ilə "Ana harayı" abidəsinə tərəf gedən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə yaxınşaraq ona bir şəkil göstərir və sual verir. Sədr sualdan yayınır, onun ətrafındakılar isə vətəndaşı qovmağa çalışırlar. Vətəndaş inadkarcasına sualını təkrar edir və birdən partiya sədri vətəndaşı söyməyə və şəxsiyyətini təhqir etməyə başlayır”.

"Report” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə "Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.

Deputat qeyd edib ki, burada hər şey vətəndaşın Azərbaycanın siyasi partiya sədrinə sual verməsindən başlayır: "O, YAP-çı və ya AXCP-çi, sahibkar və ya sürücü, cavan və ya yaşlı, professional politoloq və ya sadəcə həvəskar ola bilər. Bunun heç bir əhəmiyyəti yoxdur, o vətəndaşdır, və onun siyasətçiyə sual vermək və cavabını istəmək hüququ var. Ona görə ki, siyasi partiya rəhbəri siyasi hakimiyyət uğrunda mübarizə aparır və vətəndaş onu idarə etmək və taleyini müəyyən etmək iddiasında olan insanı daha yaxşı tanımaq istəyir. O lideri olmaq istəyini elan edən şəxsin onunla açıq danışmasını istəyir. Çünki siyasətçi cəmiyyət üçün tam aydın bir şəxs olmalıdır.

Əvəzində isə siyasi hakimiyyətə iddialı olan siyasi partiya rəhbəri vətəndaşı nəinki siyasətçiyə, hətta adi insana yaraşmayan tərzdə küçə sözləri ilə onu təhqir etməyə başlayır.

Görünən o oldu ki, Əli Kərimli xalqla, vətəndaşla başqa cür danışa bilmir, onu siyasi təcrübəsi ona adi insanlarla danışmaq, ona hörmətini göstərmək, hətta ona xoş gəlməyən suallara cavab vermək qabiliyyətini öyrətməyib”.

Deputat buna görə AXCP sədri Əli Kərimlini qınayıb: "Vətəndaş onun üçün hakimiyyətə gəlmək vasitəsidir, onun çağırdığı mitinqə gələn insan sayıdır, adından danışdığı , ancaq adına hörmət etmədiyi bir subyektdir.

Vətəndaş isə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimliyə bu sualları verirdi:

- Xaricdə təhsil alan oğlunuzun maliyyə mənbəyi haradandır?

- Azərbaycan Prezidentinin oğlu hərbi xidmət çəkdiyi halda, Sizin oğlunuz niyə hərbi xidmətə getmir?”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man