Ölkənin ən yaşlı sakininin adı açıqlanıb. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, hazırda Azərbaycanın ən yaşlı adamı 103 yaşlı Lənkəran sakini Mirzadə Cabbarovadır. Ən yaşlı qadın uzun ömr sürməyin sirrini açıqlayıb.
Ev işləri ilə məşğul olur, ağırxəstəliklərin nə olduğunu hələdəbilmir.
Lənkəranın Sütamırdov kəndində yaşayan ölkənin ən yaşlı sakini Mirzadə Cabbarovanınindi 103 yaşı var.
Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun elmi işçisi Sevinc Hüseynova deyir ki,bir çox hallarda uzunömürlülərin sənədlərində göstərilən yaşla onların əsl yaş göstəriciləri üst-üstə düşmür. Buna görə də uzunömürlülər tədqiq olunarkən hər şeydən əvvəl onların yaş verifikasiyası aparılır.
Yaşının çox olmasına baxmayaraq Azərbaycanın ən yaşlı sakini Mirzadə nənənin səhhəti normaldır.Ev işləri ilə özünün məşğul olduğunu, heç vaxt ağır xəstələnmədiyini bildirir. Bu yaşda sağlam qalmanın sirrini həm təbii qidalarla qidalanmaqda, həm də daim iş görməklə hərəkətdə olmaqda görür.
Mirzadə Cabbarova deyir ki, onun valideynləridə uzun ömür sürüblər. Onun 5 övladı, 10 nəvəsi, 20-dən çox nəticəsivar.
Lənkəranda uzunömürlülərin, yəni yaşı 90-ı keçənlərin ümumi sayı 100 nəfərdən çoxdur.Qeyd edək ki, Lənkəran rayonu Gərmətük qəsəbə sakini 108 yaşlı Vəsmə Məmmədova son 3 il ərzində Azərbaycanın ən yaşlısakini hesab olunurdu.O,2018-ci ildə dünyasını dəyişib.