Abbasqulu bəy Şadlinski kimdir? -FOTO

Cəmiyyət 24 Fevral 2019 | 10:31
OXUNUB: 5036

Xalq Qəhrəmanı Abbasqulu Bəy Şadlinski Azərbaycan tarixində mühüm işləri ilə yadda qalan, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş tanınmış nəsillər olub. Həmin nəsilləri bu gün də insanlar böyük hörmət və ehtiramla xatırlayır. Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 1886-cı ilin 24 fevralında  Vedi kəndində anadan olub. Anasının köməyi ilə 1894-cü ildə iki illik rus-tatar (Azərbaycan) məktəbində mühəndislik oxumuş.Lakin El Qəhrəmanı Abbasqulubəy maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdir. 1918-ci ilin əvvəllərində Naxçıvan, Irəvan, Dərələyəz, Zəngəzur və b. ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Abbasqulu bəy Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi - gələcək "Qırmızı tabor”u təşkil etmişdi.

Hər zaman qəhrəman kimi döyüşlərdə iştirak etmişdir.

   Vedibasar elinin böyük oğlu, xalq qəhrəmanı, ermənilərə qarşı mübarizədə ad çıxarmış Abasqulu bəy Şadlinski Aslan Sultanın nəvəsidir.

     1918-1920-ci illər Vedi rayonunda vəziyyət ağır idi. Hər həftə Vediyə daşnakların silahlı basqını olurdu. Xalq Qəhrəmanı Abbasqulu bəy Şadlinskinin silahlı mübarizə dəstəsinin müşayiəti altında minlərlə Azərbaycanlı ailəsi daşnakların qırğınlarından xilas olub.             

 

   Abbasqulu bəy xasiyyətcə bir az sərt və ciddi adam olub. Amma Vedi camaatı üçün ata olub, qardaş olub, bir sözlə hər işlərinə yarayan bir insan olub.                                                               

 

   Ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı qırğınlara başlayanda Abbasqulu bəyin başçılığı ilə Vedibasarda böyük silahlı dəstə yaradıldı. O, camaatı başına yığıb ermənilərə qarşı mübarizəyə başladı. Abbasqulunun ətrafında,  Bilas Şadlinski, Nəsrulla bəy Şadlinski, Xəlil bəy, Mehdi bəy, Mirzə Təhmasib var idi. Onlar il yarım ərzində torpaqlarımızı ermənilərdən qoruyublar.   Bu nəsil Azərbaycana qəhrəman oğullar, tanınmış ziyalılar verib. Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun – Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər. Yaşadıqları (İrəvan quberniyası)nın (Vedibasar mahalı)nda Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlər Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri – şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan şadlılar XIV əsrin axırlarında (İrəvan)a köçüblər.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man