Paşinyanın taleyi Bakının əlindədir – Şərh

Cəmiyyət 08 Fevral 2019 | 16:17
OXUNUB: 3879
Ermənistanın Baş naziri Nikol Paşinyanın müstəqilliyi uzun çəkməyəcək.

Bunu açıqlamasında "Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

"Rusiyadakı erməni lobbisinin kapitalının Ermənistana daxil olmaması əməlli-başlı Paşinyanın əl-qolunu bağlayıb. Məhz bu faktor Nikola xarici siyasətdə dəyişiklik etməyə imkan vermir. Hökumətin 5 illik proqramına Rusiya ilə dərin iş birliyi məsələsinin salınması Paşinyanın açıq şəkildə keçmiş prezident Serj Sərkisyanın xarici siyasətini davam etdirdiyini ortaya qoyur”, - E.Ələsgərov bildirib.

Politoloq Qərbin demək olar ki, Paşinyandan üz döndərdiyini düşünür:

"Qərbin gözləntiləri var idi, ancaq Paşinyan onları doğrulda bilmədi. Artıq Qərb də fərqindədir ki, Paşinyanın vədləri boş söhbətdən başqa bir şey deyil”.

Politoloqun sözlərinə görə, Paşinyanın konsepsiyaları əslində hakimiyyətdə qalmağa hesablanıb:

"Ümumiyyətlə, Ermənistan dövləti və hakimiyyəti çox zəifdir. Belə bir vəziyyətdə müstəqil siyasət yeritmək çox çətin olacaq. Bu mənada Paşinyan yaxın zamanlarda müstəqilliyini itirəcək. Onun yeganə çıxış yolu Bakı ilə uzlaşmaq və işğalçı erməni ordusunu Azərbaycan torpaqlarından çıxarmaqdır”.Axar
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man