Bu şəxslər 203 manat maaş alacaq

Cəmiyyət 30 Yanvar 2019 | 13:39
OXUNUB: 4362
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) "DOST İş Mərkəzi” tərəfindən həyata keçirilən işsiz vətəndaşların əmək müqaviləsi ilə ödənişli işlərə cəlb olunması ilə bağlı proqram üçün 80 milyon manat ayrılıb".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən mətbuat konfransında DOST agentliyinin DOST iş mərkəzinin direktoru Niyazi Rəhimov deyib. 

O bildirib ki, məşğulluğun təmin olunması üçün həyata keçirən proqram çərçivəsində 30 min adamın işə götürülməsi nəzərdə tutulub: "Artıq bu işin yarısı həyata keçirilib".

Mərkəzin direktoru qeyd edib ki, ictimai işlər üçün işçinin əməkhaqqı fondu 203 manat həcmində nəzərdə tutulur: "İctimai işlər yarı gün, və ya günün hansısa bir hissəsini təşkil edir. Bəzən həftənin müəyyən günləri iş olur. Əksər hallarda ictimai işlər ixtisas tələb etmir, amma bəzi hallarda mümkündür ki, ixtisas tələb olunsun".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man