Goranboy xəstəxanasında 25 yaşlı qız öldü

Cəmiyyət 30 Yanvar 2019 | 11:54
OXUNUB: 3620

Goranboy rayonunda xəstəxanada 25 yaşlı qız ölüb.

 

Bu barədə xəstəxanasının baş həkimi Rüstəm Budaqovməlumat verib.

Həkimin sözlərinə görə, hadisə yanvar ayının 29-da saat 18:00-da baş verib:

"Goranboy sakini, 1993-cü il təvəllüdlü Elnarə Rzayeva xəstəxanaya yanvar ayının 29-da, saat 16:45 radələrində daxil olub. Pasiyent xəstəxanaya son dərəcə ağır vəziyyətdə müraciət edib. Ağzından al qırmızı qan gəlirdi, xırıltılı nəfəs alırdı, güclü öskürək vardı.

Həyat yoldaşı xanımın son günlər güclü öskürdüyünü və ağciyərindən şikayətləri olduğunu dedi. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstə 18:00-da vəfat edib. Məsələ ilə bağlı birbaşa prokurorluğa məlumat vermişəm, ölüm səbəbinin tam dəqiqləşdirilməsi üçün meyit ekspertizaya göndərilib.

Baxmayaraq ki, xəstənin ağzından al qırmızı qanın gəlməsi ağciyər patalogiyasının ilkin simptomlarına daxildir, yenə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin çıxaracağı nəticəyə əsasən, yekun olaraq ölümün hansı səbəbdən baş verdiyini demək mümkündür”.

Həkimin sözlərinə görə, E.Rzayevanın atasının vərəm xəstəliyindən dünyasını dəyişdiyi bildirilir. 

Faktla bağlı ekspertizalar təyin olunub, istintaq başladılıb.

Oxu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man