Azərbaycanda parçalanmış kişi meyiti tapıldı

Cəmiyyət 29 Yanvar 2019 | 11:30
OXUNUB: 3160
Göygöl rayonunda kişi meyiti tapılıb.

"Report"un məlumatına görə, meyit rayonun Nadil kəndi ərazisində aşkarlanıb.

Bədəninin müxtəlif hisaələri vəhşi heyvanlar tərəfindən yeyilmiş-didilmiş hala salınan meyit tibbi-ekspertizaya aparılıb. Aparılan araşdırma zamanı onun 1963-cü il təvəllüdlü Zaməddin Misir oğlu Zeynalov olduğu məlum olub.

Yaxınlarının bildirdiyinə görə, Z.Zeynalov 1 həftə öncə itkin düşüb.

Onun hansı şəraitdə öldüyü, məsələdə cinayət olub-olmadığı hələ məlum deyil.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man