"Taksilərin avtobus zolağına girməsinə icazə verilməlidir" - Ekspert səbəbi İZAH ETDİ

Cəmiyyət 27 Noyabr 2024 | 10:55
OXUNUB: 1571

“Taksilərin avtobus zolağına girməsinə icazə vermək vacibdir”.

 

Bunu Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

 

O qeyd edib ki, yol infrastukturu zəif olan bəzi ölkələrdə avtobus zolaqları bütov xətlə yox, qırıq-qırıq xətlə ayrılır:

 

“Bu o deməkdir ki, istənilən halda digər nəqliyyat vasitələri avtobus zolağına daxil olaraq sərnişin və ya yüklərin mindirib-düşürülməsini həyata keçirə bilər. Eyni zamanda, məcburi dayanma zamanı da sürücü maşını yolun əsas hissəsindən kənarlaşdıra bilir.  Bəzi ölkələrdə isə avtobus zolağı sol zolaqda çəkilir və ya orta zolaqda xüsusi mühafizə olunan formada qurulur. Burada artıq digər nəqliyyat vasitələrinin girişi faktiki olaraq mümkün olmur. Bu qaydalar o ölkələrdə tətbiq edilir ki, onların yol infrastrukturu inkişaf edib, zəbt edilməyib, yolu kəsib bina tikməyiblər. Digər nəqliyyat vasitələrinin avtobus zolaqlarından yalnız zərurət yarandıqda istifadə etməsi isə sürücü mədəniyyəti inkişaf etmiş ölkələrdə daha geniş yayılıb. Orada insanlar başa düşür ki, zərurət olmasa, zolağa daxil olmaq olmaz. Bizdə isə icazə verildiyi təqdirdə, avtobus zolaqlarında hoqqabazlıq edənlərin sayının artacağına hər kəs əmindir”.

 

Ekspert bildirdi ki, bunun qarşısını almaq mümkündür:

 

“Yollardakı və avtobusların ön və arxa hissəsində quraşdırılan kameralar belə sürücüləri aşkar edə biləcək. Kiçik araşdırma zamanı müəyyən etmək olar ki, adam zolağa kefindən girib yoxsa zərurət yaranıb. Son nəticədə avtobus zolaqlarını daha səmərəli etməklə taksilər, velosipedlər, skuter və digər nəqliyyat vasitələri üçün əlçatan etmək faydalı olar. Məsələn, avtobus zolağı olan küçələrdə əlavə velozolaq yaratmağa lüzum yoxdur. Bir nişan quraşdırıb bu tip nəqliyyat vasitələrini bir zolağa yönləndirmək mümkündür”.

 

E.Muradlı dünya təcrübəsindən də söz açdı:

 

“Dünyanın bir çox ölkələrində avtobus zolaqlarında təkcə avtobuslar hərəkət etmir. Məsələn, Londonda lisenziyalı London taksiləri, yan qoşqusu olmayan motosikletlər, mopedlər, skuterlər, motorsuz üç təkərlər, 450cc-dən aşağı motorlu üç təkərlər və velosipedlər avtobus zolaqlarından istifadə edə bilər. Bu proses şəhərdən-şəhərə dəyişir. Məsələn, bəzi şəhərlərdə motoların zolağa girməsinə icazə verilmir. Amma ümumən bir çoxunda icazə var”.

 

Günay Rəsulqızı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man