Payız-qış mövsümü üçün xarakterik olan yağışlı, çiskinli havalar yol hərəkəti iştirakçılarına bir sıra çətinliklər yaradır.
Sfera.az bildirir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Qurumdan qeyd olunub ki, yağmurlu havalarda görmə məsafəsinin məhdudlaşması, avtomobillərin sürüşmə ehtimalının artması bəzən qəzaları qaçılmaz edir:
“Hazırda ölkəmizdə, xüsusilə bölgələrdə müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək belə havalarda daha diqqətli olmağı, sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı tövsiyə edirik. Bununla yanaşı, sürücülər qarlı, yağışlı havalarda avtomobilin mövsümə uyğun təchizatına, şüşə silgəclərinin, şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına, şinlərin protektorundakı naxışların qalmış hündürlüyünün normalara uyğunluğuna nəzarət etməli, dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar”.
Baş Dövlət Yol Polisi İdarəsi həmçinin bildirib ki, yağmurlu hava şəraitində piyadalar da məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər.
Günay
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man