Prezidentin ehtiyat fondunun vəsaitinin artırılması təklif olunur

Cəmiyyət 26 Noyabr 2024 | 16:05
OXUNUB: 1507

Prezident İlham Əliyevin ehtiyat fondunun vəsaiti artırılmalıdır.

 

Sfera.az xəbər verir ki, bunu deputat Novruzəli Aslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

 

“Mən hər il büdcə müzakirələrində dövlət başçısının ehtiyat fondunun vəsaitinin artırılması təşəbbüsü ilə çıxış edirəm. Fondun hesabına sosial-iqtisadi sahələrdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilir. Xüsusilə mümkün fövqəladə hallarda fəlakətlərin və qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində çevikliyin təmin edilməsi üçün artım çox vacib şərtdir”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, 2025-ci ildə Prezident İlham Əliyevin ehtiyat fondu 2024-cü illə müqayisədə eyni - 300 milyon manat olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man