BƏƏ-yə uçan təyyarə Bakıda məcburi eniş etdi

Cəmiyyət 25 Noyabr 2024 | 20:00
OXUNUB: 2095

“Air Arabia” aviaşirkətinin Moskva–Şarja reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

 

Bu barədə Sfera.az-a Heydər Əliyev Beynəlxalq Aeropotunun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bu qərar göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi ilə əlaqədar olaraq qəbul edilib.

 

“Airbus A320” təyyarəsi təhlükəsiz şəkildə yerli vaxtla saat 18:54-də Bakı hava limanına eniş edib. Hadisə ilə əlaqədar olaraq aeroportun müvafiq xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

 

Təcili tibbi yardım briqadası sərnişinə yerində operativ şəkildə yardım göstərib. Daha sonra müayinə üçün xəstəxanaya çatdırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man