Polisdən onlara XƏBƏRDARLIQ: "Kəsərli tədbirlər görüləcək!"

Cəmiyyət 25 Noyabr 2024 | 17:20
OXUNUB: 3003

Ötən gün paytaxtın Suraxanı rayonunda və Sumqayıt şəhəri ərazisində yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş yol-nəqliyyat hadisələri nəticəsində 1 nəfər ölüb, ana və onun azyaşlı qızı olmaqla,  2 nəfər isə xəsarət alıb.

 

Bununla bağlı Sfera.az-a Baş Dövlət Yol Polisi idarəsindən bildirilib ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir:

 

“Lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, sürücülük hüququ olmadan avtomobil idarə etmək həvəsinin onların özlərinin və doğmalarının arzularını yarıda qoyacağını unudurlar. Avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, habelə nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladırıq”.

 

Qurum qeyd edib ki, belə halların aşkarlanması üçün xüsusi texniki vasitələrdən də istifadə etməklə nəzarət-profilaktik tədbirlər daha da gücləndirilir:

 

“Bu sahədə intizamsızlığa meyilli şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tədbirlər görüləcək”.

 

Günay 
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man