Azərbaycanda bu sahələrdə maaş 5 min manatdır - SİYAHI

Cəmiyyət 25 Noyabr 2024 | 12:57
OXUNUB: 1033

Azərbaycanda ortaaylıq əməkhaqqı 1000 manata yaxın olsa da, bəzi sahələrdə ödənən maaşların orta məbləği 5 min manatı ötür. 


Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, yüksək əməkhaqqı ödənən fəaliyyət növlərindən mədənçıxarma sənayesi sahəsində xidmətlərin göstərilməsi (4300 manat), xam neft və təbii qazın hasilatı (3725 manat),  mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət (3231 manat), sığorta və pensiya təminatı (2920 manat), maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı istisna olmaqla) (2738 manat), qumar oyunlarının təşkili və mərс çəkmək üzrə fəaliyyət, (2504 manat), su nəqliyyatının fəaliyyəti (2231 manat), reklam fəaliyyəti və bazarın öyrənilməsi (2215 manat) sahələrinin adını çəkmək olar. 


Bu sahələrdə ortaaylıq əməkhaqqı dövlət və özəl sektor üzrə kəskin fərqlənir. 


Dövlət sektorunda daha yüksək orta əməkhaqqı qumar oyunlarının təşkili və mərс çəkmək üzrə fəaliyyətdə (5082 manat), maliyyə fəaliyyətində (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa) (3328 manat), maliyyə xidmətləri və sığorta sahəsində yardımçı fəaliyyətdə (2984 manat), səyahət agentliklərinin və turoperatorların sifariş etmə xidmətində (2904 manat), sığorta, təkrar sığorta və pensiya təminatında (2756 manat), proqram təminatının işlənməsində (2663 manat), informasiya xidmətlərində (2596 manat), metal filizlərinin hasilatında (2557 manat), xam neft və təbii qaz hasilatında (2286 manat) mövcuddur.    


Özəl sektorda isə daha yüksək orta maaş mədənçıxarma sənayesində (5107 manat),  xam neft və təbii qaz hasilatında (4684 manat), mərkəzi ofislərin fəaliyyəti və idarəetməsində (3387 manat), sığorta, təkrar sığorta və pensiya təminatında (2942 manat), rabitədə (2720 manat), su nəqliyyatının fəaliyyətində (2672 manat), maliyyə fəaliyyətində (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa) (2596 manat), hava nəqliyyatının fəaliyyətində (2313 manat) mövcuddur. 


Vasif

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man