"2025-ci ildən alternativ enerji mənbələrindən istifadə genişləndiriləcək"- Nazir

Cəmiyyət 20 Noyabr 2024 | 16:23
OXUNUB: 4444

"2025-ci ildən başlayaraq alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi planlaşdırılır".

 

Sfera.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-da “Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

 

Nazirin sözlərinə əsasən, Azərbaycan ekoloji dayanıqlığı gücləndirmək, tranzit vaxtlarını azaltmaq və istixana qazı emissiyalarını azaltmaq üçün bütün Orta Dəhlizdə rəqəmsal həllərin inteqrasiyasına sadiqdir.

 

“Rəqəmsal strategiyamızın mərkəzi komponenti rəqəmsal nəqliyyat logistika informasiya sisteminin inkişafıdır ki, bu platforma tam şəffaflıq təmin edəcək, yüklərin səmərəli izlənməsini, proqnozlaşdırılması və dəhliz boyunca idarə olunmasını dəstəkləyəcək”, - deyə Rəşad Nəbiyev vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man