“Müasir isitmə metodlarına keçmək lazımdır” - Samir Şərifov

Cəmiyyət 20 Noyabr 2024 | 14:16
OXUNUB: 3001

“Daha müasir isitmə sistemlərinə keçmək lazımdır”.

 

Sfera.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 

 

“Son illərdə ildə 13 faizə qədər xərc artımına getmişik. Əsas gücümüzü qeyri-neft sektorunun üzərinə qoymuşuq. Sevindirici haldır, bu sahədən gələn gəlirlərimiz artır. Ona görə çalışmalıyıq ki, tarazlığı kəskin surətdə pozmayaq. “Azəristiliktəchizat”a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrılır. Bu vəsait ona görə ayrılır ki, “Azəristiliktəchizat”ın əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır. Burada böyük zərər əmələ gəlir. Qazanxanaların səmərəliliyi olduqca aşağıdır. Ona görə daha müasir isitmə metodlarına keçmək lazımdır. Bununla bağlı təkliflər var və hazırda işlənilir”, - deyə nazir bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man