Əli Əsədov Hans Klüge ilə görüşdü

Cəmiyyət 19 Noyabr 2024 | 19:27
OXUNUB: 1649

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 19-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge ilə görüşüb.

 

Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə Bakıda davam edən COP29-un əhəmiyyəti vurğulanıb, konfrans çərçivəsində iqlim dəyişikliklərinin sağlamlığa təsirlərinin azaldılması ilə bağlı müxtəlif tədbirlərin keçirildiyi qeyd edilib.

 

Azərbaycan ilə ÜST arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin ÜST-ün prioritet istiqamətləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.

 

Söhbət zamanı səhiyyənin müxtəlif sahələrində, o cümlədən iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man