Gəncədə bir neçə küçə və prospektdə işıqforlar işləmir.
Sfera.az report-a istinadla xəbər verir ki, işıqforların işləmədiyi ərazilərə Dövlət Yol Polisinin (DYP) əməkdaşları cəlb olunub və nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün nəzərdə tutulmuş qaydada xidmət göstərilir.
Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda şəhər ərazisində bir neçə küçədə yollar asfaltlanır:
“Yeraltı elektrik kabellərinin yerinin dəyişdirilməsi və nasaz kabellərin bərpası işləri də həyata keçirilir. Görülən işlər başa çatdıqdan sonra ərazidə elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılacaq və həmin ərazilərdə olan işıqforların işi bərpa olunacaq”.
Qeyd edək ki, işıqforların işləməməsi ərazidən keçən avtomobillərin hərəkətində müəyyən sıxlıq yaradıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man