Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyası (PET) xərclərinin icbari tibbi sığorta təminatına alınmasını təklif edib.
Sfera.az xəbər verir ki, komitə sədri bu təkliflə parlamentdə 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı çıxış edib.
“Son həddə dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsulu sayılan PET müayinə üsulu təəssüf ki, Azərbaycanda icbari tibbi sığorta təminatına alınmayıb. Bu müayinə üsulunun maliyyə tutumu 1200-1500 manat arasındadır. İstərdim ki, bu müayinə üsulunun gələcəkdə icbari tibbi sığorta hesabına qarşılanması təmin edilsin”, - Ə.Əmiraslanov qeyd eidb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man