Qadınlar qida məhsullarının becərilməsi və istehsalı, emalı, hazırlanması, istehlakı, paylanması ilə bağlı gördükləri işlə davamlı qida sistemlərinə əsas töhfəni verir.
Sfera.az xəbər verir ki, bunu BMT-nin Qadınlar Təşkilatının İqtisadi Gücləndirmə bölməsinin rəhbəri Cemayma Nyuki COP29 çərçivəsində təşkil olunmuş "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, qadınlar iqlim dəyişikliyi ilə mübarizədə də ön sıralardadır: "Qadınlar və kənd təsərrüfatı sektoru qarşılıqlı olaraq bir-biri üçün vacibdir. Lakin onlar hələ də işlərinin bəhrəsini görmürlər. Biz bilirik ki, qadınlar bazarlara, informasiyaya, torpaq, texnologiyalar, və ən mühümü maliyyə xidmətləri kimi məhsuldar resurslara bərabər şəkildə daxil olmaqdan məhrumdurlar. Bütün bunlar onları iqlim dəyişikliyinin təsirlərinə daha həssas edir. Bütün dünyada və bütün bölgələrdə qadınlar kişilərdən daha çox qida təhlükəsizliyindən əziyyət çəkirlər".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man