Muxtar Babayev COP29-da əldə olunan razılaşmalardan danışdı

Cəmiyyət 18 Noyabr 2024 | 17:37
OXUNUB: 2714

Bu gün Paris Sazişinin 6.8-ci maddəsi (iqlim dəyişikliyinin təsirlərinin azaldılması və iqtisadiyyatların müvafiq adaptasiyası üçün qeyri-bazar yanaşmaları) razılaşdırılıb.

 

Sfera.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, COP29-un ilk həftəsində irəliləyiş əldə edilib: “Əvvəlcə 6.4-cü maddə üzrə, bu gün isə qeyri-bazar yanaşmalarıla bağlı 6.8-ci maddə razılaşdırılıb”.

 

"Bunlar 6-cı Maddə üzrə danışıqların tamamlanması yolunda mühüm addımlardır", - o bildirib.

 

M.Babayev əldə edilmiş irəliləyişlərə baxmayaraq, hesab edir ki, danışıqlar ləng gedir.

 

COP29 prezidentinin sözlərinə görə, razılaşdırılmış həllə nail olmaq üçün tərəflər prosesi sürətləndirməlidir: "Bu həftə danışıqlar yekun mərhələyə daxil olduğu üçün biz dünyanın hər yerindən nazirləri qəbul edirik. Siyasi liderlər ədalətli və iddialı bir razılaşmaya nail olmaq üçün bütün imkanlara malikdirlər.

 

Onlar təkcə bu məsuliyyəti qəbul etmək deyil, həm də dərhal və konstruktiv işə başlamaq üçün məsuliyyət daşıyırlar".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man