Sabahdan Bakıda yeni ekspres marşrutu fəaliyyətə BAŞLAYACAQ

Cəmiyyət 18 Noyabr 2024 | 12:17
OXUNUB: 1285

Sabahdan Bakıda E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

 

Bu barədə Sfera.az-a Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

 

Bildirilib ki, Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirən marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı “ASAN Xidmət”, Zərifə Əliyeva küçəsi (“Sahil” metrostansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib.

 

Marşrut üzrə avtobuslar 15 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək, gediş haqqı isə 0.50 AZN müəyyən edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man