Türk dövlətlərinin ortaq himni hazırlanacaq

Cəmiyyət 18 Noyabr 2024 | 11:22
OXUNUB: 1369

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.

 

Sfera.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu layihəyə rəhbərlik edənlərdən biri professor Erhan Özden deyib.

 

O bildirib ki, marş artıq yaxın gələcəkdə hazırlana bilər:

 

“Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək. Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”.

 

E.Özdenin sözlərinə görə, himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə ifadə ediləcək.

 

Həmçinin qeyd olunub ki, qarşıdakı illərdəki ümumi lüğətin də hazırlanması gözlənilir.

 

Qeyd edək ki, bundan əvvəl TDT üzvlərinin ortaq əlifbası hazırlanıb.

 

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man