Kəmaləddin Heydərov Qırğız Respublikasının fövqəladə hallar naziri ilə görüşdü

Cəmiyyət 15 Noyabr 2024 | 17:37
OXUNUB: 11481

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

 

Qonaqları salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurla ev sahibliyi etdiyi COP29-da Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyətinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

 

Nazir iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin bu əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, əhalinin və ərazilərin fövqəladə hadisələrdən qorunması məqsədilə istər ikitərəfli əsasda, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən tədbirləri məmnunluqla xatırladaraq, bu istiqamətdə qarşıda duran məsələlərdən danışıb.

 

Səmimi görüşə görə təşəkkürünü bildirən Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajaikeev COP29-un yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, tədbirdə iştirakdan məmnunluq ifadə edib. Qonaq iki qurum arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətini önə çəkərək, əlaqələrin genişləndirilməsi sahəsində görülmüş işlərdən danışıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man