Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitablarıtəqdim edildi - FOTO

Cəmiyyət 07 Noyabr 2024 | 14:21
OXUNUB: 3418

Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist Vəsimə İsmayılqızının Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunan “Zəfər kitabı” seriyasından çapdan çıxmış “Zəfər Kitabı. Şuşa”, “Zəfər Kitabı. Goranboy” və “Zəfər Kitabı. Beyləqan” nəşrlərinin təqdimatı olub.

 

Sfera.az xəbər verir ki, hər üç nəşrin məsləhətçisi Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında bu kitabların Vətən müharibəsindən bəhs etdiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin əbədiləşdirilməsində əhəmiyyətindən söz açıb.

 

Bildirilib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və Azərbaycan yeni tarix yazıb.

 

Kitabların redaktorları Əməkdar müəllim İsgəndər Səklikov və AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı İsmayıl Umudlu nəşrlərin əmələ gəlməsi prosesindən danışıblar. Bildirilib ki, kitablarda Vətən müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyi xüsusilə vurğulanıb. Həmçinin bu kitablar oxucuda ordumuzun döyüş yolları haqqında geniş təsəvvür yaradır.

 

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri Firudin Qurbansoy, “Ədalət” qəzetinin baş redaktor müavini, şair Əbülfət Mədətoğlu, “Apastrof-A” mətbəəsinin direktoru Akif Dənzizadə, şair Kəmalə Abıyeva, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, şair Güləmail Murad, “Goranboy” Xeyriyyə Cəmiyyətinin nümayəndəsi Əli Şəfiyev, Nağı Əsgərov və digərləri çıxış edərək kitabların tarixi əhəmiyyətindən və vətənpərvərlik hissinin formalaşmasında rolundan danışıblar.

 

Bildirilib ki, çoxcildlik ölkəmizin hər regionuna həsr olunmuş bir cilddən və ümumiləşdirilmiş xüsusi cilddən ibarətdir. Hər cilddə Vətən müharibəsinin mahiyyəti, gedişi, Zəfər və onun xronikası təsvir, təhlil və təqdim olunur.

 

Hər kitabda cildin həsr olunduğu bir rayonun, respublika tabeli bir şəhərin Birinci Qarabağ müharibəsi, atəşkəs dövrü, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi şəhidlərindən, onların döyüş yolundan, dövlət tərəfindən təltif edilməsindən söz açılır.

 

Bütün cildlər standart formatda və tərtibatda, ensiklopedik toplu meyarlarına uyğun, xronoloji ardıcıllıqla qələmə alınıb.

 

Hər üç kitabın məsləhətçiləri və “Ön söz”ün müəllifləri Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, ictimai-siyasi xadim və ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Vilayət Quliyevdir.

 

Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi Vəsimə İsmayılqızının Zəfərimizə həsr olunmuş kitabları təqdim edildi

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man