Kişinin xəyanət etdiyini necə anlamaq olar? – AÇIQLAMA

Cəmiyyət 06 Noyabr 2024 | 12:43
OXUNUB: 2489

Son zamanlar xəyanət və xəyanətə görə ayrılma halları olduqca gündəmdədir. Hər bir insan xəyanətlə üzləşə bilər. Ölkəmizdə isə kişilərin daha çox xəyanət etdiyi məlumdur.

 

Bəs xəyanət edən kişi həyat yoldaşına necə davranır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, bu kişilər xanımlarına fərqli şəkildə davrana bilərlər.

 

“Xəyanət edən kişi çox zaman öz hərəkətlərini gizlətməyə çalışır, həyat yoldaşını müəyyən şəkildə manipulyasiya edir və ya əlaqələrini qorumağa çalışır, eyni zamanda öz vicdanını rahatlaşdırmaq üçün bəzi davranışlar sərgiləyir. Bu kişilər evlilikdəki emosional və ya cinsi yaxınlığı azaltmağa meyilli ola bilərlər. Xanımlarına qarşı daha az diqqət göstərir, onlarla az vaxt keçirir, əlaqəni daha səthi hala gətirirlər. Bu, çox zaman "iş" və ya "xarici amillər" adı altında gizlədilə bilər. Xəyanət edən kişi, öz davranışlarını gizlətmək üçün yoldaşını tənqid edə bilər. O, xanımının davranışlarını, münasibətini və ya həyatını günahlandıraraq özünü düzgün göstərməyə çalışır. Bu, bir növ, xəyanətinin "haqlı" olduğunu göstərməyə çalışmaq və ya məsuliyyəti üzərindən atmaq məqsədi güdür".

 

Psixoloq qeyd edib ki, bu kişilər həyat yoldaşına qarşı gizliliyi artırmağa meyilli olurlar:

 

“Məsələn, telefonlarını və ya sosial media hesablarını gizlətmək, daha az açıqlama vermək və ya çox vaxt tək başına hərəkət etmək kimi davranışlar müşahidə oluna bilər. Onlar xanımlarının sorğularına qarşı müdafiəkar və ya sərt cavablar verə bilərlər. Bəzi kişilər xəyanətini gizlətmək və yoldaşının qəlbini sındırmamaq üçün daha diqqətli və yaxşı davranmağa başlayarlar. Məsələn, onlara əvvəlkindən daha çox ilgi göstərə bilər, hədiyyələr alar və ya daha çox təvazökar olmağa çalışarlar. Bu, həyat yoldaşlarının şübhələrini azaldaraq öz hərəkətlərini ört-basdır etməyə yönəlmiş manipulyasiya ola bilər. Onlar xanımlarına daha çox sevgi və maraq göstərməyə çalışır, lakin bu sevgi çox zaman suni və qeyri-səmimi ola bilər. O, qarşı tərəfi əmin etmək istəyir ki, ona xəyanət etmir. Bu kişilərin davranışları bir çox amilə bağlı olaraq dəyişə bilər. Bəzi kişilər xəyanətini gizlətmək üçün özlərini daha "mükəmməl" göstərməyə çalışır, digərləri isə sadəcə xanımlarını uzaqlaşdırmağa və münasibəti kənara qoymağa meyilli olurlar. Xəyanətə məruz qalan tərəf çox vaxt bunları hiss edər və münasibətdəki dəyişiklikləri anlamaya başlar. Belə vəziyyətlərdə düzgün ünsiyyət və qarşılıqlı anlayış vacibdir".

 

Ülkər Abdurahmanlı

Sfera.az

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man