Azərbaycanın Əməkdar məşqçisi, sabiq voleybolçu Yaqub Rəsulov vəfat edib.
Sfera.az xəbər verir ki, 70 yaşlı çalışdırıcı uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhum sabah Masallı şəhər qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Yaqub Rəsulov kişi və yeniyetmə voleybolçulardan ibarət milli komandanın məşqçisi olub.
O, son olaraq “Murov Az Terminal” voleybol klubunda yeniyetmə və gənc voleybolçuların seçilməsi üzrə seleksiya işlərinə nəzarət edirdi.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man