Bakıda günlük kirayə evlər BAHALAŞIB

Cəmiyyət 06 Noyabr 2024 | 08:30
OXUNUB: 1439

COP29 ərəfəsində Bakının mərkəzində günlük kirayə evlər daha da bahalaşıb.

 

Sfera.az xəbər verir ki, günü 300 manat və daha baha qiymətə təklif edilən evlər var.

 

Maraqlı məqamlardan biri də budur ki, evini günlük kirayə verənlərin çoxu yerli yox, əcnəbi vətəndaşlara üstünlük verirlər. Hətta bu səbəbdən mənzilini kirayə vermək üçün gözləyənlər də var.

 

Əmlak məsələləri üzrə ekspertlərin fikrincə, günlük kirayə evlərin bahalaşmasının səbəbi COP29 tədbiri ilə əlaqədar tələbatın daha da artmasıdır.

 

Ekspert Nofəl Quliyev "Xəzər Xəbər"ə qeyd edib ki, günü 300 manat və daha çox olan kirayə mənzillər ağıllı sistemlə təchiz olunub.

 

Ekspertlər tədbir bitdikdən sonra - dekabr ayına doğru qiymətlərin yenidən stabilləşəcəyini proqnozlaşdırırlar.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man