"Təəssüf ki, mənim qohumlarımın çoxu..." - Məleykə Abbaszadədən "xalası oğlu" ilə bağlı AÇIQLAMA

Cəmiyyət 05 Noyabr 2024 | 15:50
OXUNUB: 2592

Xəbər verdiyimiz kimi, Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərən 1984-cü il təvəllüdlü Xəyal Abdıyev özünü Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin xalası oğlu kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib.

 

Sfera.az xəbər verir ki, Manset.az Xəyal Abdıyevin söylədiklərini dəqiqləşdirmək üçün Məleykə Abbaszadə ilə əlaqə saxlayıb. O bu adda xalası oğlu olmadığını bildirib:  

 

“Ümumiyyətlə, mənim heç bir qohumum həbs olunmayıb. Bilmirəm kim özünü mənim qohumum adlandırıb. Yayılan məlumat haqqında mənim xəbərim yoxdur. Hər halda onun yalan danışması sübut olunub ki, məhkəmə ona cəza təyin edib. Təəssüf ki, mənim qohumlarımın çoxu ölüb”.

 

Qeyd edək ki, Xəyal Abdıyevə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsinə əsasən 7 il həbs cəzası verilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man