Qanunsuz ağac kəsən və ov edənlər saxlanıldı

Cəmiyyət 05 Noyabr 2024 | 14:10
OXUNUB: 1589

Zərdab Rayon Polis Şöbəsinin və 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin  əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Məlikli kəndi ərazisində qanunsuz olaraq ağac kəsən A.İsmayılov və  K.Mahmudov saxlanılıblar. 

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, araşdırmalarla onların 5 ədəd yaş gövdəli ağacı kəsərək təbiətə 6 min manat ziyan vurduqları müəyyən edilib.

 

Şöbə əməkdaşları tərəfindən həmçinin rayonun Otmanoba kəndi ərasizində qanunsuz ov edən Ə. Rüstəmov və S.Müslümov da saxlanılıb. Həmin şəxslərdən ov tüfəngləri, patronlar və qanunsuz olaraq ovlanmış çöl quşları aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man