"Barselona"nın keçmiş futbolçusu cinsi təcavüzdə ittiham olundu

Cəmiyyət 05 Noyabr 2024 | 07:00
OXUNUB: 597

İspaniyanınBarselona” və İtaliyanın “Yuventus” klublarının sabiq yarımmüdafiəçisi, hazırda Çilinin “Kolo-Kolo” klubunda çıxış edən Arturo Vidal cinsi təcavüzdə ittiham olunub. 

 

Sfera.az xəbər verir ki, bu barədə ADN telekanalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, hadisənin Vitacura şəhərindəki barda baş verdiyi iddia edilir. Qeyd olunur ki, zərərçəkmiş narkotik sərxoşluğu vəziyyətində olub, bundan sonra cinsi zorakılığa məruz qalıb. 

 

Mənbə hüquq-mühafizə orqanlarının araşdırmaya başladığını iddia edir. Vidalın özü də şəxsiyyəti təsdiqləmək üçün artıq polis bölməsinə aparılıb.

 

Vidal 2024-cü ildən "Kolo-Kolo"da çıxış edir. "Yuventus"un tərkibində futbolçu dördqat İtaliya çempionu olub. Yarımmüdafiəçi "Barselona" ilə birlikdə İspaniya çempionatının və ölkə Superkubokunun qalibi olub.

 

İnci 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man