Axtarışda olan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi

Cəmiyyət 04 Noyabr 2024 | 22:00
OXUNUB: 3757

Noyabrın 2-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş dələduzluq, rüşvət vermə, sənədləri saxtalaşdırma və qanunsuz miqrasiyanı təşkil edərək (AR Cinayət Məcəlləsinin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1-ci maddələri) bir sıra şəxslərə külli miqdarda ziyan vurmaqda ittiham edilmiş Allahverdi Məmmədovun yeri Almaniyada müəyyən olunaraq, həbs edilib.

 

Bu barədə Sfera.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin Ədliyyə Nazirliyi tərəfindən təqdimatı əsasında razılıq əldə olunaraq, A.Məmmədov Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man