Etibarnamə ilə bağlı ənənəvi problem həll olundu- DİN-dən yenilik+VİDEO

Cəmiyyət 04 Noyabr 2024 | 21:00
OXUNUB: 4196

Etibarnamə ilə avtomobil idarə edənlərin üzləşdiyi ənənəvi problem öz həllini tapıb.

 

Sfera.az-ın məlumatına görə, indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq.

 

Belə ki, Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqi vasitəsilə etibarnamə ilə avtomobili idarə edəcəyiniz tarixləri seçə və bununla bağlı müraciət ünvanlaya bilərsiniz.

 

Bir gün sonra təsdiqlənən müraciətdə sürücü, etibarnamə ilə avtomobili idarə edəcəyi tarix aralığını seçir. Etibarnamə ilə avtomobili idarə edən şəxs qeyd olunan müddətdə inzibati xəta törətməyibsə, ondan sonrakı tarixlərin məsuliyyətini daşımamış olur.

 

Bir sözlə, avtomobil sahibi kiməsə nəqliyyat vasitəsini etibarnamə ilə veribsə, artıq nəqliyyat vasitəsini idarə edən şəxs həmin müddəti özü təyin edə bilər. Bu zaman törədilən inzibati xətalar həmin avtomobil sahibinin yox, sürücünün adına rəsmiləşəcək.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man