Azərbaycanlı blogerdə xərçəng aşkarlandı - FOTO

Cəmiyyət 02 Noyabr 2024 | 23:08
OXUNUB: 3508

İnfluenser Mehin Oktaylının (iconmekh) səhhətində problem yaranıb.

 

Sfera.az xəbər verir ki, bu barədə bloger özü məlumat yayıb.

 

O, boğazında xərçəng aşkarlandığını açıqlayıb:

 

“Bilirsiniz ki, bu aralar qara buludlar ətrafıml bürüyüb. Ancaq yenə də hər şey kimi bunu da keçirəcəyimə əminəm. Öncə tamam başqa bir səbəbdən şübhələnib bədxassəlidir deyildi. İstanbulda aydınlaşdırdıq ki, qorxulu nəsə yoxdur. Ancaq Bakıda etdirdiyim test nəticəsində şübhələndiyim yerdə yox, tamam başqa bir nahiyədə (boğazımda) həmin xəstəlik aşkar edildi. Bəli. Bu illər ərzində nə qədər “story”lər paylaşdım. Hər halda ən qəribəsi budur. Yaxşı olacağını bilirəm, yenə də dualarınız üçün sağ olun. Ailəm və dostlarım ilə bu dövrdən də keçəcəyəm. Həyatdır, hər şey olur. Əsas odur ki, şüurluyam və sağalmaq əzmim var.

 

Ən əsası isə çox şükür edirəm, təsadüfən öyrənmiş olsam da, çox tez üstünə düşdüm. Risksiz əməlliyyat ilə birdəfəlik bədənimdən çıxacaq. Siz nə qədər öz gücünüzə nələrisə dəyişməyə çalışsanız belə, həyatın öz planını pozmağınız mümkün deyil. 1 ildir ki, ən böyük xəyalım - xaricdə yaşamaq məsələsində bu qədər qəribə pozulmalar niyədir? Bu gün aydın oldu. Mən belə bir halı tez öyrənə bilim, öyrəndiyim anda uzaqda deyil, ailəmlə öhdəsindən gəlim deyə. İlahi sistemə güvənin. Hər şey xeyrinizədir”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man