Yusif İldırımzadənin qardaşı cinayət məsuliyyətinə cəlb edildi

Cəmiyyət 02 Noyabr 2024 | 11:05
OXUNUB: 2445

Xətainin sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb.

 

Sfera.az report-a istinadən xəbər verir ki, ona verilən ittihama əsasən, Rasim İldırım jurnalist, “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

 

Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

 

İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq.

 

Qeyd edək ki, Rasim İldırımın bir qardaşı da Əmrah Bankın təsisçisi Yunus İldırımzadədir

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man