“ATV Plus” cərimə olunub.
Bu barədə Sfera.az-a Audiovizual Şuradan məlumat verilib.
"Audiovizual Şura tərəfindən aparılan monitoriqlər nəticəsində multipleks operatoru olan "ATV Plus" MMC-nin retranslyasiya paketində buna hüquq verən sənəd olmadan xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanmış və 4 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəməyə göndərilmişdi.
Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarı ilə "ATV Plus" MMC qeyd olunan pozuntuya görə 5000 manat cərimə olunub", - məlumatda qeyd olunub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man