"Məcburi qaydada həkimlərə təyinat verilməlidir" - Aqil Abbas

Cəmiyyət 01 Noyabr 2024 | 12:30
OXUNUB: 3782

Hər il Tibb Universitetini minlərlə tələbə bitirir. Niyə onlara təyinat verilmir?

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

 

Deputat bildirib ki, özü də universiteti bitirəndə təyinat alıb: “İstəməsəm də gedib təyinatla göndərildiyim yerdə işlədim. Məcburi qaydada həkimlərə təyinat verilməlidir. Eyni qaydada bunu müəllimlərə də etmək olar. İmtiyazlar tanınanaraq Tibb Universitetini bitirənlər təyinatla ehtiyac olan bölgələrə göndərilə bilər. Xankəndidə gedib işləmək üstündə davadır. Eləcə də Səyyad müəllim dedi İmişlidə, Sabirabadda həkim çatışmazlığı var. Xahiş edirəm ki, bu məsələ qaldırılsın, Tibb Universitetini bitirənlər məcburi qaydada təyinatla rayonlara işləməyə göndərilsin”.

 

Spiker Sahibə Qafarova isə qeyd edib ki, deputatın dediklərinizin arxasında fakt yoxdur: “Heç olmasa deyəndə rəsmi məlumat verin. Rəsmi surətdə statistikası ilə birlikdə məlumat verin. Haradan bilirsiniz, həkim yoxdur?!”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man