Bu il Azərbaycanda bələdiyyə seçkisi keçiriləcək? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət 01 Noyabr 2024 | 12:07
OXUNUB: 3323

Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkisi keçirilməyəcək.

 

Mərkəzi Seçki Komissiyasından (MSK) Sfera.az-a verilən məlumata görə, bu günə qurumun iclası təyin edilməyib.

 

Seçki Məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkisini MSK təyin edir:

 

"Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi

 

213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir".

 

Bundan əvvəlki bələdiyyə seçkiləri dekabrın 23-də keçirilib.

 

Seçki məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanda seçkilər səsvermə gününə ən azı 60 gün qalmış rəsmi dərc edilir:

 

"Maddə 8. Seçkilərin (referendumun) təyin edilməsi müddəti

 

8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir".

 

Qurumdan qeyd edilib ki, 2024-cü ilin sonuna qalan təqvim günlərini hesabladıqda bundan sonra elan ediləcək seçki 2025-ci ilə təsadüf edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man