Qatarlara əlavə yükün keçirilməsinə şərait yaradılmalıdır - TƏKLİF

Cəmiyyət 01 Noyabr 2024 | 11:52
OXUNUB: 2333

Azərbaycanda nəqliyyat infrastrukturu təkmilləşdilir, Gəncəyə də müasir qatar reysi fəaliyyət göstərir, ancaq bəzi texniki məsələlər var ki, bunu həll etmək zəruridir. 

 

Sfera.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib.  

 

O qeyd edib ki, texniki problemlərdən biri odur ki, sərnişin qatara yalnız 23 kq baqaj yükü keçirməsinə icazə verilir.

 

“İkinci çantanı daşımağa icazə vermirlər. Bu da sərnişinlər arasında narazılıq yaradır. Çox xahiş edirəm ən azından ödənişli əsaslarla ikinci baqajı keçirmək imkanı yaradılsın. Bundan əlavə dəmir yollarında xüsusi gözləmə zallarında yalnız VİP bilet alanların gözləməsinə icazə verilir. Digər bilet alanlarında gözləmə zalından istifadə etməsinə imkan yaradılması yaxşı olardı”, - deyə deputat əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man