Özünü dövlət qurumunun əməkdaşı kimi tanıdan şəxs həbs edildi

Cəmiyyət 31 Oktyabr 2024 | 18:31
OXUNUB: 2404

Qadına qarşı dələduzluq edən şəxs saxlanılıb.

 

Oxu.Az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunan 33 yaşlı Nurlan Əhmədov saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, həmin şəxs Lənkəran sakini olan bir nəfər qadına özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və müavinət düzəltmək adı ilə 1 025 manat pulunu ələ keçirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

N.Əhmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man