Ağadadaş Ağayev məhkəməyə gəlmədi- Həbsi tələb edildi

Cəmiyyət 31 Oktyabr 2024 | 16:50
OXUNUB: 2624

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Sfera.az unikal-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ağadadaş Ağayev prosesə gəlmədiyi məlum olub.

 

O, məhkəməyə səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi ilə bağlı teleqram göndərib. 

 

Zərərçəkmiş Nəzakət Paşayevanın vəkili Gülşən Salmanova isə Ağadadaş Ağayevin məhkəməyə gəlməməsinə etiraz edib. Onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət verib.

 

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

 

Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib.

 

Xatırladaq ki, hadisə bu ilin iyulunda baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

 

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man