Tanınmış türkiyəli aktrisa Hande Ataizi 2004-cü ildə Vəkil Ahmet Pekinin oğlu Fethi Pekin ilə 1 günlük evliliyindən danışıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ataizi Ahmet Mümtaz Taylanın "Empati" verilişində qonaq olub və şəxsi həyatı ilə bağlı bütün maraqlı məqamlardan söhbət açıb.
Toyundan bir gün sonra bal ayına getmək əvəzinə boşanmaq üçün məhkməyə gedən cütlüyün ayrılması hər kəsi şoka salmışdı. İllər sonra aktrisa bunun hansı səbəbdən baş verdiyi ilk dıfə açıqlayıb:
"Evliliyimi nikah müqaviləsi üçün etdiyimi deyənlər oldu. Amma onunla heç bir əlaqəsi yox idi, artıq anam boşanmağım üçün məhkəməyə ərizə vermişdi. İnad edib evlənmişəm. Çünki qarşı tərəf məni istəmirdi. Mən də onlara oğulları ilə evlənəcəyimi göstərdim. Yəni evləndim. Normal şəraitdə xoşbəxt ola biləcəyim bir münasibət deyildi. Bir gün olması itki deyildi, bəlkə də 1 günlük itki idi. 1 gün sonra boşandıq və bitdi".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man