Normadan artıq yağan yağışlar kənd təsərrüfatı məhsullarının qıtlığına səbəb olacaq?

Cəmiyyət 28 Oktyabr 2024 | 18:29
OXUNUB: 5074

Normada yağan yağışlar kənd təsərrüfatına müsbət təsir göstərir. Normadan artıq düşəndə isə müəyyən fəsadları olur.

 

Sfera.az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və mönitorinq şöbəsinin müdir müavini Fərman Kərimov deyib.

 

O qeyd edib ki, ancaq normada düşəndə belə yağışın bəzi bitkilər üçün mənfi təsirləri olur.

 

“Misal üçün, hazırda pambıq yığım ərəfəsindədir və indiki vaxtda pambığa yağış qətiyyən olmaz. Pambıq yığımına yağışın düşməsi onun həm keyifəyyitini aşağı salır, həm də yığım prosesini uzadır. Bu da pambığın keyfiyyət göstəricilərini aşağı salır. Yağış dən üçün qarğıdalı və çəltik yığımında da problem yaradır. Hətta normada yağış da bu bitkilərə mənfi təsir göstərir.

 

Amma taxıl əkininin aparıldığı dağlıq və dağətəyi ərazilərdə yağıntıların düşməsi müsbət haldır. Toxumun cücərməsinə şərait yaradır, yeri yumşaldır və şum aparma prosesini yaxşılaşdırır. Ümumilikdə götürdükdə payızda normadan artıq yağıntı kənd təsərrfüatına mənfi təsir göstərir. Amma bəzi bitkilər üçün müsbət təsir göstərir.

 

Meyvə və tərəvəzlərə də təsir edir. Meyvələrin üzərinə yağışın yağması meyvələrin tez çürüməsinə və keyfiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur. Misal üçün nar, üzüm, xurma kimi meyvələrin üzərinə yağıntının normadan artıq düşməsi mənfi təsir göstərir. İqtlim dəyişikliyə ilə bağlı son iki ildə bu cür yağışlar davam edir” - deyə o əlavə edib.

 

F.Kərimov əlavə edib ki, əvvəlki illərdə tempratur aşağı düşürdü, ancaq bu qədər yağış olmurdu.

 

“Yağıntıların meyvə-tərəvəzin qıtlığıa səbəb olacağı gözlənilmir. Məhsulun keyfiyyətinə təsir göstərə bilər, ancaq qıtlıq olmayacaq”, - deyə o əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man